Modern.az

Azərbaycanlı polis məmuru evlilik proqramında

Azərbaycanlı polis məmuru evlilik proqramında

Təhsil

2 Mart 2016, 21:50

 

Türkiyənin ATV kanalında yayımlanan “Esra Erolda” adlı evlilik proqramına daha bir azərbaycanlı qatılıb. Modern.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, Roza adlı xanım özünü polis məmuru kimi təqdim edib.

Maraqlısı budur ki, həmin qadın proqramın ən qalmaqallı iştirakçısı kimi tanınır.

Belə ki, Roza onunla tanış olmaq üçün yarışmaya gələn Gürsel bəyin onu öz evinə aparmaq istədiyini deyib.

Sözügedən bəy namizədi isə xanımın ittihamlarını qəbul etməyib və onun bütün bunları uydurduğunu bildirib. Bundan başqa, Roza xanım üçün gələn bəylərdən biri onun şərəfinə mahnı da ifa edib. Amma azərbaycanlı iştirakçı bütün namizədlərə “yox” cavabı verir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et