
Sovet kinosunun canlı əfsanəsi sayılan aktrisa Natalya Kraçkovskaya 78 yaşında vəfat edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, fevralın sonlarından bəri müalicə aldığı Moskvanın 1-ci şəhər xəstəxanasında keçinib.
Natalya Kraçkovskaya 1938-cu il noybarın 24-də Moskvada anadan olub.
Əsasən köməkçi plan rollarda yer alan aktrisa 70-dən artıq Sovet filmində, o cümlədən “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Kişiləri qoruyun”, “Kaputsino bulvarından oplan kişi” və s. çəkilib.
Vüqar İsmayılov