Modern.az

12 min manatlıq ətir oğurlandı – Bakıda

12 min manatlıq ətir oğurlandı – Bakıda

Təhsil

3 Mart 2016, 11:49

Martın 2-də Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12000 manat dəyərində ətir oğurlanıb.

Bu haqda Modern.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulub.  

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et