Modern.az

Bakıda 139 min manatlıq dələduzluq edən qadın tutuldu

Bakıda 139 min manatlıq dələduzluq edən qadın tutuldu

Təhsil

3 Mart 2016, 13:04


Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub.

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.  

Aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü ildə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat alması müəyyən edilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et