Modern.az

DİN qonşusunu bıçaqlayan, özünü öldürən direktorla bağlı məlumat yaydı

DİN qonşusunu bıçaqlayan, özünü öldürən direktorla bağlı məlumat yaydı

Təhsil

3 Mart 2016, 13:18

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Lerikdə məktəb direktorunun intiharı barədə məlumat yayıb. Bildirilib ki, martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açıb. Güllə S.Qurbanova dəymədiyindən Adil Rəhimov bıçaqla Seyid Qurbanova və onun arvadı Sevdaya xəsarət yetirib, hadisə yerini tərk edib.
O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürüb.

Lerik RPŞ əməkdaşları hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürüb.

S.Qurbanov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır. 

Qeyd edək ki, özünü öldürmüş Adil Rəhimov kənd məktəbinin direktoru işləyib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et