Modern.az

Azərbaycan yığması FİFA reytinqində 4 pillə irəlilədi

Azərbaycan yığması FİFA reytinqində 4 pillə irəlilədi

Təhsil

3 Mart 2016, 13:45

 

Beynəlxalq Futbol Assosiyasiyaları Federasiyası (FİFA) dünya futbol komandalarının yeni reytinq cədvəlini açıqlayıb.  

Modern.az təşkilatın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə 4 pillə irəliləyərək 300 balla 112-ci pillədə qərarlaşıb.  

Postsovet ölkələrindən Ermənistan 296 balla 116-cı, Gürcüstan 283 balla 122-ci, Rusiya 892 balla 23-cü, Ukrayna 845 balla 27-ci və Belarus 517 balla 64-cüdür.   FİFA reytinqində Türkiyə 943 balla 20-ci və İran 627 balla 44-cü yerdə qərarlaşıb.

Dünya yığmalarının reytinqinə Belçika (1506), Argentina (1457), İspaniya (1374), Almaniya (1355) və Çili (1307) başçılıq edir.    

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et