Modern.az

İranın Azərbaycandakı səfiri: ““Hizbullah” İslam dünyasının fəxridir”

İranın Azərbaycandakı səfiri: ““Hizbullah” İslam dünyasının fəxridir”

Təhsil

3 Mart 2016, 16:49


İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlamasında “Hizbullah” təşkilatına qiymət verib. Modern.az saytının məlumatına görə, səfri bu haqda deyib:

“Livan “Hizbullah”ı İslam dünyasının fəxridir. Bəzi ərəb ölkələri tərəfindən “Hizbullah”ın terrorçu  qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir”.

Pakayin “Hizbullah” müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə işarə edərək deyib:

“Dünya müsəlmanları “Hizbullah”ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır”.

Səfir daha sonra bildirib ki, “Hizbullah”ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir. 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et