Modern.az

Abel Məhərrəmov xalq şairi ilə görüşdü - FOTOLAR

Abel Məhərrəmov xalq şairi ilə görüşdü - FOTOLAR

Təhsil

4 Mart 2016, 14:15

 

Əməkdar incəsənət xadimi, xalq şair Nəriman Həsənzadə Bakı Dövlət Universitetində olub. BDU-dan Modern.az-a verilən məlumata görə, qonağı əvvəlcə universitetin rektoru, akademik Abel Məhərrəmov salamlayıb, onu bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Daha sonra xalq şairi Nəriman Həsənzadə filologiya fakültəsinin müəllim-tələbə heyəti ilə görüşüb.

Tədbiri açan filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev tələbələr tərəfindən sevgi və hörmətlə qarşılanan şairin həyat və yaradıcılığı barədə məlumat verib. Tədbirdə professorlar - Abdulla Abasov və Əyyub Əzizov Nəriman Həsənzadənin yaradıcılığı, onun xalq tərəfindən sevilməsinin səbəbləri barədə danışıblar.

Sonra xalq şairinə həsr edilən video-çarx nümayiş etdirilib, müəllifi olduğu şeirlər səsləndirilib. Fakültə tələbələri tərəfindən onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Sonda Nəriman Həsənzadə filologiya fakültəsinin kollektivinə xoş qarşılanmaya görə təşəkkür edib, gənc tələbə-yazarlara ədəbi tövsiyələrini verib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.


Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et