Modern.az

Hesablama Palatasının xərclər smetası azaldıldı

Hesablama Palatasının xərclər smetası azaldıldı

Təhsil

4 Mart 2016, 16:58

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarı müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında qəbul olunub. Dəyişikliyə əsasən, 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24 faiz azaldılıb. Bununla da 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək. Xatırladaq ki, ötən ilin oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.

Aytən Zəhra

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et