Modern.az

Aeroport yolunda baş verən qəzada 20 nəfər xəsarət alıb - YENİLƏNİB

Aeroport yolunda baş verən qəzada 20 nəfər xəsarət alıb - YENİLƏNİB

Təhsil

4 Mart 2016, 18:54

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşın toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar. 

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, ilkin məlumata əsasən, 11 nəfər xəsarət alıb, ölən yoxdur. 6 nəfərə yerində yardım göstərilib.

5 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

***

Aeroport yolunda baş verən zəncirvari qəzada ilkin məlumata görə ümumilikdə 20 nəfər xəsarət alıb.   Bu barədə  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Məlumatda bildirilir ki, 1 nəfərə yerində tibi yardım göstərilərək evə buraxılıb, hazırda 19 nəfər xəstəxanadadır.  

Onlardan 1 nəfər əməliyyat olunur, 2 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.


Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et