Modern.az

Rusiya ölkəmizin neft hasilatının “dondurulması”nı dəstəkləyəcəyinə ümid edir

Rusiya ölkəmizin  neft hasilatının “dondurulması”nı dəstəkləyəcəyinə ümid edir

Təhsil

4 Mart 2016, 20:37

 

"Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycanın neft hasilatının “dondurulması” təşəbbüsünə qoşulacağına ümid edir". Modern.az saytı xəbər verir ki bu barədə “TASS” məlumat yayıb.

“Ümid edirik ki, OPEK-ə daxil olan ölkələr və olmayan ölkələr, neft ixracatçısı olan – Rusiya, Qazaxıstan, Azərbaycan müvafiq qərarın işlənməsinə qoşulacaqlar”, - Novak bəyan edib.  

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 16-da Dohada görüşün yekunlarına görə, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela, əgər digər istehsalçılar da təşəbbüsə qoşularsa, neft hasilatını yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər.

Bu təşəbbüsə qoşulmağa hazr olduğun bildirən ölkələr sırasında Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ var. İran və İraq hasilatın dondurulması təşəbbüsünə qoşulmaq vədindən qaçınaraq hələlik “neft bazarında vəziyyətin yaxşılaşdırılmasına dair addımların” dəstəklənməsindən danışır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et