
“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev istefa verib. Modern.az saytı xəbər verir ki, bu haqda məlumatı Ə.Abdullayevin özü bildirib.
Belə ki, Topaz Premyer Liqanın 24-cü turunda evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi gözlənilməz xəbəri oyundan sonra keçirilən mətbuat konfransında açıqyaıb. O, artıq bu barədə rəhbərliyə məlumat verdiyini də vurğulayıb.