Modern.az

Bakıdakı avtobus qəzası ilə bağlı rəsmi AÇIQLAMA

Bakıdakı avtobus qəzası ilə bağlı rəsmi AÇIQLAMA

Güncel

17 İyul 2016, 16:22

Bakı NəqliyyatAgentliyi Suraxanı rayonunda sərnişin avtobusunun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi barədə açıqlama verib. Agentliyin İcitmayyətlə əlaqələr şöbəsinin müdiri Nuridə  Allahyarova Modern.az-a bildirib ki, iyulun 17-də səhər saat 08:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində müntəzəm sənişin daşınma fəaliyyəti göstərən “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı «Daewoo» markalı avtobus və “Shacman” markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


“Bildiririk ki, hadisə baş verəndən dərhal sonra Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri olay  yerinə gəlib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə hadisə yerinə keçirilən ilk baxış zamanı  “Shacman” markalı yük avtomobilinin dövlət nömrə nişanın nəqliyyat vasitəsinin üzərindən çıxarılaraq götürüldüyü müəyyən edilib. 

 Məlumat üçün bildiririk ki, hadisə şahidlərinin ilkin dindirilməsi zamanı məlum olub ki, qəza “Shacman” markalı yük avtomobilinin sürət həddini aşması səbəbindən ba verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan yük avtomobili arxadan 171saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus aşıb. Həmin vaxt yolda hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili də aşan avtobusa çırpılıb”.

Xəsarət alanların səhəti və müalicəsi ilə yerində maraqlanmaq üçün Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi, eləcə də daşıyıcı şirkətin nümayəndələri müalicə müəsissəsində olub.

“Xüsusi olaraq vurğülamaq istərdik ki, Bakı Nəqliyyat Agentliyi xəsarət alanların müalicəsini diqqət saxlayır. Hazırda baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə hüquq mühafizə orqanları araşdırma aparır. Hadisənin dəqiq baş vermə səbəbi də bu araşdırmalardan sonra məlum olacaq”, deyə agentlik rəsmisi bildirib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı