Modern.az

Rusiyada 3 azərbaycanlı güllələndi

Rusiyada 3 azərbaycanlı güllələndi

Güncel

19 Sentyabr 2016, 15:06

Rusiyada Leninqrad vilayətinin Qatçina şəhərində üç azərbaycanlı güllələnib.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, hadisə ötən gün 18 sentyabr tarixində şəhərin barların birində baş verib.



Mübahisə zəminində naməlum şəxs masada əyləşən qafqazlılara atəş açıb. Atəş nəticəsində 20, 22 və 27 yaşlı Azərbaycan vətəndaşları müxtəlif yerlərindən güllə yaraları alıb. 



Onlara xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıblar. Barın yerləşdiyi ərazidə müşahidə kameraları olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı