Modern.az

Hacı Əbdül öz oğlu ilə adaş olub

Hacı Əbdül öz oğlu ilə adaş olub

Aktual

23 Sentyabr 2016, 09:14

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov öz oğlu ilə adaş olub

29-cu dəfə müqəddəs Həcc ziyarətindən geri dönən Hacı Əbdül özü bu haqda Modern.az-a danışıb. Onun sözlərinə görə, Məkkəyə öz oğlu ilə birgə gedib.


“Həcc ziyarətindən yeni qayıtmışam. Əhvalım da çox yaxşıdır. Məkkəyə 6 yaşlı oğlumla getmişdim. Düzdür, azyaşlı uşaqların Həcc ziyarətinə getməsi məqbul hesab olunmur. Amma mənim oğlumun 6 yaşının olmasına baxmayaraq, çox çevikdir. İdmanla məşğul olur.

 

6 yaşlı oğlum Məkkədə bütün dini ayinləri icra etdi. Oğlumun Həcc ziyarətini reallaşdırmasını daha çox mən istəyirdim. Bu da oldu. Həm də oğlum mənim adımı daşıyır. Bundan sonra onu da Hacı Əbdül kimi çağıracaqlar”.


Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı