Modern.az

Parlament jurnalistləri səfirlərə müraciət etdilər

Parlament jurnalistləri səfirlərə müraciət etdilər

Aktual

1 Noyabr 2016, 16:10

Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinə müraciət edib. Müraciətin məqsədi ölkəmizdə fəlaiyyət göstərən xarici ölkələrin səfirləri ilə  geniş müsahibələrin hazırlanmasıdır. Bu barədə PJB sədrinin müavini Aqil Aslan məlumat verib. Onun sözlərinə görə, noyabr ayından etibarən təşkil ediləcək görüşlərdə yazıların hazırlanması ilə yanaşı, səfirliklərlə əlaqələr, xarici ölkələrin mediası ilə əməkdaşlıq məsələləri də prioritetdir:

“Biz səfirliklərin dəstəyi ilə xarici ölkələrin jurnalist təşkilatları, mətbuat orqanları ilə əməkdaşlığı daha da intensivləşdirmək niyyətindəyik. Məqsədimiz xarici mətbuatla münasibətlər qurub Qarabağ həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımının xarici mediada işıqlandırılmasına nail olmaqdır”, - deyə Aqil Aslan bildirib.

Qeyd edək ki, PJB bu gündən başlayaraq xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının başçılarına rəsmi müraciətlər göndərib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı