Modern.az

“Nar”  İslam Oyunlarının rəsmi  tərəfdaşı seçildi

“Nar”  İslam Oyunlarının rəsmi  tərəfdaşı seçildi

Aktual

12 Aprel 2017, 13:42

“Nar” şirkəti bu ilin 12-22 may tarixlərində ölkəmizdə keçiriləcək Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilib.

 

Bu barədə Bakı 2017 Oyunlarından Modern.az-a verilən məlumatda qeyd edilib. Rəsmi tərəfdaşlığa dair saziş hər iki şirkət rəsmilərinin iştirakı ilə imzalanıb.

 

“Nar”  Bakı 2017 IV İslam Həmrəyliyi   zamanı Oyunların Əməliyyat Komitəsini mobil telekommunikasiya xidmətləri – zəng və data xidmətləri ilə təmin edəcək, eləcə də İnformasiya Əlaqə Mərkəzi və Oyunların Texnologiya Şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

Bakı 2017 IV İslam Həmrəyliyi Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib ki, “Azərbaycanda uzun illərdir ki, uğurla fəaliyyət göstərən və böyük abunəçi sayına məxsus olan “Nar” şirkəti Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekomunikasiya dəstəkçisi seçilib.

 

“Oyunlar zamanı yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq çox vacibdir. Əminəm ki, birgə əməkdaşlığımız sayəsində “Nar” şirkəti Bakı 2017 IV İslam Həmrəyliyi   Oyunlarının uğurla həyata keçirilməsində öz müsbət töhfəsini verəcək.”

 

“Nar”-ın baş icraçı direktoru Klaus Müller “Nar”-ın Bakı 2017 IV İslam Həmrəyliyi   Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsini şirkət üçün  böyük qürur hissi adlandırıb.

 

 “İki il öncə Azərbaycanda keçirilmiş ilk Avropa Oyunlarının tərəfdaşı olaraq, bu səpkili mühüm layihələrdə birgə əməkdaşlıq istiqamətində kifayət qədər  təcrübə qazanmışıq. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı olaraq, “Nar”-ın peşəkar əməkdaşları Bakı 2017 Oyunlarının təşkilatçılarına və iştirakçılarına yüksək keyfiyyətli xidmət göstərəcək. Əminəm ki, Azərbaycanın tarixində Bakı 2017 IV İslam Həmrəyliyi  Oyunları çox böyük hadisə olacaq və “Nar” şirkətinin bu hadisənin bir parçası olması bizə qürur verəcək”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı