Modern.az

Qırmızı işıqda keçən piyadanı şirkət maşını vurdu

Qırmızı işıqda keçən piyadanı şirkət maşını vurdu

Aktual

12 Dekabr 2017, 22:47

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, poçt meydanı kimi tanınan ərazidə baş verib.

 

Markası hələ ki, bilinməyən şirkət avtomobili yolu keçmək istəyən təqribən 32-35 yaşlı Məhəmməd adlı şəxsi vurub.

 

Tüfeyli həyat sürməklə məşğul olan piyada, hadisə baş verən zaman da içkili vəziyyətdə olub və işıqforun avtomobillər üçün yanan yaşıl işığına məhəl qoymayaraq yolu keçmək istəyib. Bu zaman o, sözügedən avtomobilin qarşısına çıxıb. Piyada qəza zamanı yüngül xəsarət alıb və polis maşını ilə ilkin tibbi yardım göstərilməsi tibb məntəqəsinə aparılıb.

 

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı