Modern.az

Teplovozdan yanacaq oğurlayanlar saxlanılıb

Teplovozdan yanacaq oğurlayanlar saxlanılıb

Güncel

8 Mart 2018, 14:19

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, saxlanılan şəxslər martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərib.

Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin maşinist və köməkçisi olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı