Modern.az

Sumqayıtda Mədəniyyət evi yandı

Sumqayıtda Mədəniyyət evi yandı

Güncel

5 İyun 2019, 21:59

Sumqayıt şəhərində yanğın olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin “Energetik” Mədəniyyət Evinin dam örtüyü qəfildənyanmağa başlayıb. Dərhal əraziyə 4 yanğınsöndürən texnika və canlı qüvvəcəlb olunub.

 

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı