Modern.az

Türkiyəni qanunsuz tərk etmək istəyən 128 nəfər saxlanıldı

Türkiyəni qanunsuz tərk etmək istəyən 128 nəfər saxlanıldı

Güncel

9 Avqust 2019, 00:27

Türkiyənin Aydın şəhərinin Didim rayonunda ölkə ərazisini qanunsuz yolla tərk etmək istəyən 128 nəfər saxlanılıb.

Modern.az  xəbər verir ki, Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıq vasitəsilə Yunan adalarına keçmək istədikləri məlum olub.

Aralarında iki körpə və qadınların da olduğu köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı