Modern.az

Gədəbəydə qisas üçün oğurluq

Gədəbəydə qisas üçün oğurluq

Güncel

4 Mart 2020, 20:35

Gədəbəydə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  Modern.az-a verilən məlumata görə, Gədəbəy rayon Kəsəmən kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə pəncərəni sındırmaq yolu qanunsuz daxil olaraq 3500 manat pulunu oğurladığını bildirib.


Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qızıltorpaq kənd sakini, əvvəllər dəfələrlə məhkum olunana, 34 yaşlı Çingiz İbrahimov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o, oğruluq hadisəsini  zərərçəkən ilə şəxsi ədavəti olduğuna görə törətdiyini bildirib. Bundan başqa istintaq zamanı Ç. PoladovunTovuz rayonunda da analoji cinayət hadisəsini törətdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı