Modern.az

Koronavirusa yoluxanların sayı 215 milyonu KEÇDİ  

Koronavirusa yoluxanların sayı 215 milyonu KEÇDİ  

Aktual

27 Avqust 2021, 08:38

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 714 mindən çox artıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən sutka ərzində 714 min 335 nəfər koronavirusa yoluxub, 10 min 803 pasiyent dünyasını dəyişib.

 

Bununla da virusa yoluxanların ümumi sayı 215 milyon 435 min 796, ölənlər isə 4 milyon 487 min 428 nəfərə çatıb.

 

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (39,3 milyon), Hindistan (32,6 milyon), Braziliya (20,6 milyon), Rusiya (6,8 milyon), Fransa (6,6 milyon), Böyük Britaniya (6,6 milyon) və Türkiyədə (6,2 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı