Modern.az

İki paracüdoçumuz Tokio-2020-nin finalında - YENİLƏNİB

İki paracüdoçumuz Tokio-2020-nin finalında - YENİLƏNİB

Aktual

27 Avqust 2021, 08:50

Daha bir paracüdoçumuz "Tokio-2020" Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.

 

Modern.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoroya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxacaq.

 

Onun rəqibi Fransa təmsilçisi Sandrine Martinet olacaq.

 

Digər qadın paracüdoçumuz Bəsti Səfərova (52 kq) isə ilk görüşdə Yui Fucivaraya (Yaponiya) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxsa da, ukraynalı Nataliya Nikolayçikə məğlub olaraq Paralimpiadanı medalsız başa vurub.

 

 

***

Azərbaycan paracüdoçusu Vüqar Şirinli "Tokio-2020" Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi rumıniyalı Aleks Boloqa olub. Rəqibini məğlub edən V.Şirinli "Tokio-2020"nin finalına yüksəlib.

 

Təmsilçimizin rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

 

Digər cüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

 

Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı