Modern.az

“Özümü əsas qəhrəman kimi hiss etmirəm” - Mahir Emreli

“Özümü əsas qəhrəman kimi hiss etmirəm” - Mahir Emreli

Aktual

27 Avqust 2021, 11:15

“Legiya” klubunun azərbaycanlı futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində “Slaviya” (Çexiya) ilə görüşdən (2:1) sonra matçla bağlı fikirlərini bölüşüb.

 

Modern.az xəbər verir ki, iki qol vurmaqla Varşava təmsilçisini qrup mərhələsinə yüksəldən millimizin üzvü klubun rəsmi saytına açıqlama verib.

 

O bildirib: “Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir. Özümü əsas qəhrəman kimi hiss etmirəm. Futbol komanda oyunudur. Komanda olaraq oynadıq və qrup mərhələsinə vəsiqə qazandıq. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".

 

M.Emreli qrupda daha çətin rəqiblərlə qarşılaşacalarını xatırladıb: "Hər zaman ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürüm. Mənim üçün fərqi yoxdur”.



Xatıladaq ki, Mahir Emreli "Legiya" hesabda geri olarkən dubl edib və komandasına əzmkar qələbə qazandırıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı