Modern.az

Türkiyə-Ermənistan münasibətləri normallaşır? - ŞƏRH

Türkiyə-Ermənistan münasibətləri normallaşır? - ŞƏRH

Aktual

30 Avqust 2021, 12:44

Bu yaxınlarda Ermənistan hökumətinin iclasında çıxış edən Baş nazir Nikol Paşinyan Türkiyədən regional sülh kontekstində müsbət siqnallar aldığını və ölkəsinin Ankaraya adekvat cavab vermək niyyətində olduğunu bildirib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə dünən jurnalistlərlə söhbətində yenidən Ermənistanla münasibətlərin normallaşdırılması mövzusuna toxunaraq "bölgənin konstruktiv yanaşmaya ehtiyacı olduğunu" vurğulayıb.


Xatırladaq ki, Ermənistan hökumətinin qarşıdakı 5 il üçün proqramında Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün səy göstərməyə hazır olduğuna dair bir bənd var.

 

Maraqlıdır, Türkiyə və Ermənistan arasındakı münasibətlər bundan sonra necə davam edcək?

 


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, həm Ermənistan Baş nazirinin müsbət mesajlar haqqında söylədikləri, həm də Ərdoğanın səsləndirdiyi fikirlər tamamilə Azərbaycanın maraqlarına uyğundur:

 

“Ərdoğan yenə də kommunikasiyaların açılması, regionun çiçəklənməsi, inkşafı üçün bir sıra layihələr irəli sürür. Türkiyə Prezidenti çıxışında Zəngəzur dəhlizinə də diqqət yetirdi. Bildirdi ki, Azərbaycanın tələbləri bizim tələblərimizdir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Sərhədlərin delimitasıyasını həyata keçirməlidir. Bundan sonra Türkiyə və Ermənistan arasında, həmçinin Azərbaycan və Ermənistan arasında əlaqələr normallaşa bilər”.

 

Politoloqun fikrincə, regionu əhatə edən məsələlər Rusiya ilə də razılaşdırılır:

  

“Ərdoğan vurğuladı ki, bu kimi münasibətləri Putinlə də danışıb. Onunla müəyyən məsələləri razılaşdırıb. Bölgədə olan bütün problemlərin həlli üçün ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bölgə dövlətləri arasında yaranmış bəzi xoşagəlməz meyilləri unutdurmağa çalışmalı, xalqları bir-biri ilə yaxınlaşdırmalıdır. Dostuq və sülh istənilirsə, qoyulan tələblərə əməl edilməlidir. Bütün ölkələrin də maraqları təmin olunmalıdır. Ərdoğanın cavabı Azərbaycanın maraqlarına tam uyğundur. Ermənistan vəziyyətini düzəltmək üçün istiqamətini Türkiyə və Azərbaycana çevirməlidir”, - deyə sabiq dövlət müşaviri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı