Modern.az

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanıldı

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanıldı

Current

8 Yanvar 2022, 09:36

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Kərim Məsimov dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Komitənin mətbuat xidməti bildirib.

 

Qeyd olunur ki, Milli Təhlükəsizlik Komitəsi yanvarın 6-da Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayəti işi başlayıb.

 

Cinayət işi çərçivəsində K.Məsimovla yanaşı daha bir neçə şəxs saxlanılıb.

 

Bununla bağlı daha ətraflı məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı