Modern.az

QHT Agentliyi Prezidentə hesabat təqdim edəcək

QHT Agentliyi Prezidentə hesabat təqdim edəcək

Aktual

21 Yanvar 2022, 19:24

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Agentliyin 2022-ci il üçün fəaliyyət planı müzakirə edilib və səsə qoyularaq təsdiq olunub.

 

Sonra Agentliyin İcraçı direktorunun 2021-ci il üzrə hesabatı dinlənilib. Hesabat Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub. Azərbaycan Respublikasının Prezidentinə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın təqdim edilməsi qərara alınıb.

 

Daha sonra iclasın gündəliyinə daxil olan kənar auditorunun cəlb olunması haqqında müzakirələr aparılıb və Agentliyin nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılmasının təşkil edilməsi ilə bağlı qurumun aparatına tapşırıqlar verilib.

 

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı