Modern.az

Ərəblərə dron qadağası qoyuldu

Ərəblərə dron qadağası qoyuldu

Aktual

23 Yanvar 2022, 18:42

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həvəskarlara dron uçurmaq qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu qərar Yəmənin şimalında hökmranlıq edən üsyançı “Ənsar Allah” (husilər) hərəkatının bu yaxınlarda dronlar vasitəsilə Əbu-Dabiyə hücumundan sonra verilib.

 

Qeyd edək ki, sözügedən insident nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.

 

Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Onlar basqını BƏƏ-nin Yəməndə onlara qarşı hərbi əməliyyatlarda iştirakına cavab adlandırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı