Modern.az

Azərbaycanda peyvəndləmə prosesi sürətlə gedir - ÜST

Azərbaycanda peyvəndləmə prosesi sürətlə gedir - ÜST

Güncel

10 Fevral 2022, 10:30

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesi sürətlə gedir və bu bizi sevindirir.

 

Modern.az-ın məlumatına görə, bunu ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı Tibb İşçilərinin Davamlı Tibbi Təhsilinin Dəstəklənməsi və İnfeksiyanın Qarşısının Alınması və Nəzarət üzrə Ləvazimatlarının Təhvil verilməsi tədbirində deyib.

 

O bildirib ki, təmsil etdiyi qurum bu sahədə Azərbaycana hər zaman dəstək olmağa hazırdır.

 

"Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində Azərbaycanın tibb işçiləri 2021-ci ildə OpenWHO platformasında 15 000 kursda qeydiyyatdan keçib", - deyə H.Harmancı bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı