Modern.az

YAP-çılar şəhid ailələrinə yardım edib

YAP-çılar şəhid ailələrinə yardım edib

Güncel

16 Yanvar 2013, 16:18

Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının üzvləri 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət ediblər. Modern.az-ın məlumata görə, hakim partiyanın Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin üzvlərinin iştirakı ilə şəhid ailələrinə ərzaq yardımı göstərilib. Gənclər Birliyinin üzvləri şəhid ailəlinin ziyarət edilməsinə görə  qürur duyduqlarını, onların daim dövlətimiz diqqətində olacağını və mütəmadi olaraq ziyarət edəcəklərini bildirdilər.

Həmçinin bildirilib ki, tədbirlər planına əsasən, ölkə daxilində 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinin sosial problemlərinin həll edilməsi, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılması, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçirilməsi, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə xüsusi dini mərasimlər təşkil olunması və s. daxildir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı