Modern.az

Lahıcda bağlanan yol açıldı - YENİLƏNİB

Lahıcda bağlanan yol açıldı - YENİLƏNİB

Актуально

8 Aprel 2022, 13:54

“Torpaq uçqunu zamanı bağlanan Lahıcda yolu açılıb”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

 

AAYDA rəsmisi deyib ki, qısa müddətdə əraziyə texnika cəlb edilib:

 

"Yol təmizləndi. Hazırda hərəkət bərpa edilib".

A.Nəcəfli qeyd edib ki, hazırda ərazidə güclü külək müşahidə olunduğundan Agentliyin xüsusi texnikaları ahzır vəziyyətə gətirilib.

 

13:09

 

İsmayıllı rayonunda torpaq uçqunu olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib.

 

Son bir ayda rayona yağan qar və yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub.

 

Bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı