Modern.az

Ekvador prezidenti koronavirusa YOLUXDU

Ekvador prezidenti koronavirusa YOLUXDU

Güncel

23 İyun 2022, 08:45

Ekvador Prezidenti Gilyermo Lasso koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

"Prezident Gilyermo Lassonun COVID-19 üçün test müsbət çıxıb", - məlumatda bildirilib. Qeyd olunub ki, dövlət başçısında xəstəliyin əlamətləri yoxdur, o, peyvənd olunub və müvafiq tibbi protokollara əməl edəcək.

 

Ekvador hökuməti ötən ilin sonunda ölkədə koronavirusa qarşı məcburi peyvənd olunma barədə qərar qəbul edib. Rəsmi rəqəmlərə görə, hazırda 14 milyon insan tam peyvənd olunub ki, bu da əhalinin 79,4 %-ni təşkil edir. Ekvadorda pandemiya başlayandan indiyədək 899 mindən çox insan koronavirusa yoluxub, 35,6 min nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı