İyulun 4-də saat 1 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisində Mingəçevir şəhər sakini Z.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Vaqif Məmmədzadəni vurub.
Daxili İşlər Nazirliyinən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.