Modern.az

Leş ət satanlar saxlanıldı

Leş ət satanlar saxlanıldı

Aktual

2 Avqust 2022, 14:28

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Qabil Budaqovun idarə etdiyi avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun sərnişini Əbülfət Nəbiyevə məxsus yararsız mal əti aşkar edilərək götürülüb.

 

Aşkarlanmış yararsız ətin müayinəsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şöbəyə dəvət olunub. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı