Modern.az

Zəlzələ bölgəsində epidemiya təhlükəsi var? - Nazirdən açıqlama

Zəlzələ bölgəsində epidemiya təhlükəsi var? - Nazirdən açıqlama

Aktual

19 Fevral 2023, 10:17

Zəlzələdə yaralanan 21 859 nəfərin müalicəsi xəstəxanalarda davam edir, 13 612 xəstə isə evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir zəlzələ bölgəsində sağlamlıq baxımından problemin və epidemiya təhlükəsinin olmadığını deyib. O, qeyd edib ki, zəlzələ başlayan gündən indiyədək 10 601 cərrahi əməliyyat aparılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı