Modern.az

ATƏT PA-nın İpək Yolu Qrupu Vyanada toplaşdı - FOTOLAR 

ATƏT PA-nın İpək Yolu Qrupu Vyanada toplaşdı - FOTOLAR 

Aktual

24 Fevral 2023, 22:25

Fevralın 24-də ATƏT PA-nın İpək Yolu Qrupunun Vyanada 9-cu iclası keçirilib. 

 

Modern.az xəbər verir ki, iclasda Qrupun sədri Azay Quliyev görülən işlər barədə hesabat verib və Qrupa üzv olan 27 ölkənin nümayəndə heyətlərinə qurumun işində fəal iştirakına görə təşəkkür edib. 

 

ATƏT PA-nın vitse-prezidenti, Qaydalar və Prosedurlar komitəsinin sədri Paskal Alizard Qrupun fəaliyyətini yüksək qiymətləndirərək ona tam dəstəyini ifadə edib. İclasda keçən ilin oktyabrında İstanbulda keçirilən Beynəlxalq Konfransın Bəyannaməsindən irəli gələn məsələlər ətraflı müzakirə edilib. 

 

İclasda Xorvatiya nümayəndə heyətinin rəhbəri Davor Bernardiç Qrupun sədr müavini seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı