Modern.az

Türkiyədə zəlzələdə ölənlərin sayı 44 mini ötdü

Türkiyədə zəlzələdə ölənlərin sayı 44 mini ötdü

Aktual

24 Fevral 2023, 23:20

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 min nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, zəlzələdə həyatını itirən insanların sayı 44 min 218 nəfərə yüksəlib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı