Modern.az

“ADY Konteyner’’ alternativ transkontinental marşrut təqdim edir

“ADY Konteyner’’ alternativ transkontinental marşrut təqdim edir

Aktual

24 Avqust 2023, 10:49

“Azərbaycan Dəmir Yolları’’ QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar yüklərin təyinat stansiyalarına vaxtında çatdırılmasını təmin etmək məqsədilə biznes müştərilərə alternativ marşrut təqdim edir.

 

Modern.az “Azərbaycan Dəmir Yolları’’na istinadən xəbər verir ki, yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq. Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq.

 

Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan da dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiyalarına göndəriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı