Modern.az

Biləsuvarda samovar oğruları tutuldu

Biləsuvarda samovar oğruları tutuldu

Aktual

13 Oktyabr 2023, 10:44

Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış evlərinin birindən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini T.Şatanov və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayon ərazisindəki daha 2 yaşayış evindən də oğurluq etdikləri müəyyən edilib. Oğurlanan əşyalar onların gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı