Modern.az

“Azərbaycanda ən çox radiasiya Qusar, Yardımlı və Lerikdədir” - MÜSAHİBƏ

“Azərbaycanda ən çox radiasiya Qusar, Yardımlı və Lerikdədir” - MÜSAHİBƏ

Güncel

29 Noyabr 2013, 10:50


Modern.az-
ın müsahibi Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovdur.

– Bu il artıq 40-cı ildir ki, bu sahədə müxtəlif tədqiqatlarla məşğulam. 17 il Rusiyada Kurçatov adına İnstitutla birgə işləmişəm. Azərbaycana hər il müəyyən miqdarda Sovetlər Birliyinin ittifaq proqramlarının icrasında iştirak etmişəm. Azərbaycana institutunun büdcə vəsaitindən çox hər il vəsait gətizdirmişəm.

Tədqiqatlarım ilkin dövrdə nüvə enerjisinin neft-kimya sahəsində tətbiqinə həsr olunub. Belə ki, o dövrdə ittifaqda belə proqram var idi: nüvə enerjisinin sənayedə gedən proseslərin icrasında istifadə olunması. Belə istiqamətlərdən biri də neft-kimya-nüvə komplekslərinin yaradılması idi. Yəni,  nüvə  reaktorlardan alınan istilik və şüa enerjisindən kimyəvi  proseslərinin aparılmasında istifadə edilməsi. Mənim ilk tədqiqatım   neftin ən mühüm proseslərindən olan katolotikin kretinqdən benzinin alınması prosesi olub. Burda nüvə enerjisinin tətbiqi əsas rol oynayıb. Aldığım nəticələr göstərdi ki, ionlaşdırıcı şüaların enerjisindən istifadə etməklə katalizatorların xassələrini modifikasiya etmək olar və bu zaman benzinin çıxımı 20-22 faizə qədər yüksəlir. Baxın bu nə qədər iqtisadi-səmərəsi olan bir prosesdir. Bununla bərabər mən blankların və reaksiyanın gedişinə mane olan koks və qazların çıxımına nail oldum. Bu zaman həmçinin qiymətli doymamış karbohidrogenlərin çıxımının qarşısının alınmasına nail oldum. Tədqiqat üzrə üç patent aldıq və onlarla elmi məqalə yazdıq. Həmin məqalələr o vaxt sovetlər birliyinin sayılan jurnallarında çap olunub.

- Sonrakı tədqiqatlar  nə barədə olub?

– Sonrakı tədqiqatlar sənayedə istifadə olunan  katalizatorların xassələrinin modifikasiyasına həsr olunub. Xüsusən də qaz qarışıqlarının ayrılmasında istifadə olunan sarbitlərin xassələrinin modifikasiya olunmasında xeyli işlər görmüşük. Proqram həddindən artıq maraqla qarşılandı. Bunu maraqlı edən də o zaman 1977-ci ildə dünyanı bürüyən enerji böhranı idi. Vəziyyəti stabilləşdirməkldən ötrü  enerji daşıyıcılarının alınması üzrə proqram işlənildi. Mənim elmi işlərim də 1977-ci ildən başlayaraq atom enerjisi istiqamətində mərkəzləşdi. Biz atom enerjisinin hidrogen vasitəsilə çevirib istifadə etməyin səmərəli yollarını işləyib hazırlayırdıq. Burda atom enerjisinin həm istilik,  həm də radiasiya enerjilərinin çevirib alınması və istifadə edilmə  yollarını  tədqiq edirdim. Bu zaman əsas diqqəti təmiz sudan hidrogenin alınma yollarına verdim. Müxtəlif katalizatorların üzərində təcrübələr apardıq. Demək olar ki, bu sahədə 14-15-ə yaxın patent aldıq. Bu patentlər indi də öz gücünü itirməyib. Burda maksimal iş əmsalı 28-30 faizə çatdı.  Bu proqram çərçivəsində biz yeni bir reaktor tipi hazırladıq. Həmin bu reaktorun vasitəsilə təmiz sudan hidrogenin hazırlanması daha səmərəli üsulla həyata keçirilir.

- Deyəsən, sonuncu elmi nailiyyətiniz də bu layihə ilə bağlıdı?

- Sudan hidrogenin alınması bu gün çox aktual məsələlərdən birinə çevrilib. Atom elektrik satansiyalarında maksimal temperatur 400 dərəcədən o yana keçmir. Əks halda  orda çox aqressiv mühit yaranar ki, bu da partlayışla nəticələnə bilər. Amma gələcək dördüncü nəsil deyilən reaktorlar var ki,  ordakı temperatur 800-1000 dərəcə arasında olacaq. Burda parın istilik daşıyıcısı kimi istifadəsi də qeyri mümkündü. Bu reaktorlarda həm temperatur,  həm də ionlaşdırı şüalanma güclüdü. Belə olan təqdirdə sudan hidrogenin alınma prosesi sürətlənir. Bu zaman sudan hidrogeni alıb, həmin hidrogeni yandıraraq elektrik enerjisini əldə etmə tsiklim işləyir dünyada. Mənim də üzərimə hidrogenin sudan alınması üçün prosesi hazırlamaq düşürdü. Beş altı il idi ki,  nəzəri olaraq bu prosesin, yəni suyun katalizatorunun müxtəlif maddələrin üzərində parçalanmsını tədqiq etdim. Biz proses zamanı ilk dəfə olaraq  nono materialların istifadəsi mexanizmini  də verdik. 

-Bəs insituta nə zamandan rəhbərlik edirsiz?

-1986-cı ildən nüvə reaktorlarının təhlükəsizlik proseslərinin öyrənilməsi ilə məşğulam. Bilirsiz ki, 1986-cı ildə faciəli Çernobıl qəzası oldu. Bu qəzadan sonra su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizlik məsələlərini araşdırmışam. Burda da hidrogen təhlükəsizliyi əsas götürülməli idi.  Çernobılda ikinci və üçüncü partlayışın əsas səbəbi reaktorlarda əmələ gələn hidrogen idi. Bu faktların qiymətləndirilməsi üzrə sifariş aldım. Hidrogenin əmələ gəlməsi, xassələri və aradan qaldırılması yolları üzərində işlər apardım. Yəni, bu sahə mənim əsas tədqiqat işim olub. Bu iş sovetlər dağılana qədər davam etdi. Mən də 2001-ci ildən Radiasiya Problemləri İnstitutuna gəldim və bura rəhbərlik etməyə başladım. O vaxtı Radiasiya Tədqiqatları Sektoru idi. 2002-ci ildən isə müstəqil olaraq Radiasiya Problemləri İnstitutu kimi fəaliyyətə başladı. Həmin dövrdə ölkədə  radiasiya problemlərini tədqiq edən hər hansı bir qurum yox idi. Biz həm elmi tədqiqat işləri aparmalı olduq,  həm də radiasiya problemləri üzrə maarifləndirici monitorinqlər və digər təşkilati işlər görməli olduq.

- Radiasiya problemləri İnstitutu hansı istiqamətdə elmi tədqiqatlar aparır?

- Dörd istiqamətdə fəaliyyət göstəririk. Birinci istiqamət, nüvə enerjisinin öyrənilməsi, ikincisi isə  radiasiya materialşünaslığın tədqiqidir. Üçüncü istiqamətimiz nüvə və radiasiya təhlükəsizliyi problemidir. Bu problem çərçivəsində radiobiologiya və radioekologiya üzrə tədqiqatlar aparılır. Bilirsiz ki, müasir dövrün çox mühüm problemlərindən biri də radioelologiyadır. Nüvə  və sənaye tullantıları  bu gün ölkəmizdə radioekologiyanı meydana gətirən amillərdəndir. Digər istiqamətimiz isə alternativ enerji mənbələrinin öyrənilməsi və onlardan istifadə olunmasıdı. Burda daha çox günəş və küləkdən alınan enerjidən söhbət gedir. İnstitutumuzun elmi istiqamətləri,  gördüyü işlər bunlardı.

- İnstitutunuzun bütün fəaliyyəti modern texnologiyalara söykənir. Bəs bu gün sizin institut bu işləri görməkdən ötrü yeni texnoloji imkanlara sahibdirmi?

- Yerində verilmiş sualdır. Bu avadanlıqların radiasiyaya davamlılığını öyrənmək üçün biz tədqiqatlar aparırıq. Bunların sınaq müddəti və yoxlanılması üçün xüsusi nüvə reaktorları və ayrıca şərait lazımdı. Sınaq təcrübələrinin aparılmasında institut çox  böyük əziyyət çəkir. Çünki ölkədə nüvə reaktorları yoxdu. Başqa respublikalarda bu işi aparmaq üçün isə bizdən xeyli miqdarda vəsait tələb edirlər. Amma beynəlxalq aləmdə bu istiqamətdə sürətli işlər gedir. Məsələn, Fukisima hadisələrindən sonra mən bu işdə tədqiqat aparmaq üçün  sifariş aldım. Hazırda elə bu barədə də məqalə yazıram. Mən bu sahədə hər hansı bir məqalə yazanda o saat ona ən azından 10-15 istinad olunur. Alimin də elmi əsərlərinin gücü bu istinadla ölçülür.

- İnsitutda laboratoriyaların vəziyyəti necədir?

- Bizim institut,  o cümlədən də,  mənim laboratoriyam NASA, MAGATE və digər əlaqəli təşkilatlarla ilk əlaqə yaradan Azərbaycan institut və təşkilatlarındandır. Biz hələ 2000 -2001-ci illərdə bu sahədə əsaslı layihələr həyata keçirmişik. Bu sahədə tədqiqat aparam laboratoriyalarda layihələrin hesabına ən müasir cihazlar,  avadanlıqlar almışıq. Həm radioekoloji,  həm fundamental radiasiya fizikası və kimyası üzrə tədqiqatlar aparılması üçün institutumuzda ən müasir avadanlıqlar var. Bu avadanlıqların əksər hissəsi beynəlxalq qrantlar hesabına alınıb.

- Bizdə elmə dəstək  fondu da var. Onun da dəstəyi olubmu?

- Son 3-4 ildi dövlət tərəfindən də bizə dəstək var. Şikayət etməyə haqqımız yoxdu. Amma bizim də ehtiyacımız olan məsələlər var. Onlardan biri də neytron mənbəyi və digər sürətləndirilmiş hissəciklərin alınması üçün nəzərdə tutulan qurğulardır.  Bu təbii ki gələcəyin işidi.

– Hazırda bütün dünyada, eləcə də bizdə ən aktual problemlərdən biri də  radiasiya  problemləridir...

- İndi bizim laboratoriyalarımızda radiasiya problemlərini tədqiq etmək üçün müasir avadanlıqlar var. O avadanlıqlar imkan verir ki,  sənaye və neft-qaz istehsalı zamanı ətraf  mühitin çirklənməsi nəticəsində yaranan ekoloji problemləri tədqiq edib qiymətləndirək.

- Bu gün Azərbaycan hansı radiasya təsirlərinə məruz qalır?

- Azərbaycanda radioekoloji problemləri əsasən bir neçə yerə bölmək olar. Birincisi, neft qaz istehsalı zamanı yaranan lokal çirklənmə zonaları formalaşıb. Bakıda, Abşeron yarımadası, Ramana, Suraxanı və Balaxanı rayonlarının ərazisində böyük problem var idi. Orda min tonlarla aktivləşdirilmiş kömür yığılmışdı. Sağ olsunlar Fövqalədə Hallar Nazirliyi vaxtında tədbir görüb onu aradan qaldırdılar. Amma bunu tədqiq edib nəzəri baxımdan qiymətləndirən bizim insitut olub. Artıq bu sahədə aidiyyəti qurumlar öz işini görür. Daha sonra neft-qaz istehsalı zamanı çıxan bərk maddələrin tərkibindəki metallar–radium,   uran tipli elementlər daha çox çirklənməyə səbəb olur. Abşeron ərazisində bəzi yerlərdə tədqiqatlar aparmışıq. Lokal çirklənmə zonalarının xəritələrini də vermişik. Bizim qaldırdığımız bu məsələ dövlət səviyyəsində həll olunur.

- Radiaktiv prosesləri sürətləndirən başqa hansı  səbəblər var?

- Bilirsiz ki, ölkəmizdə  müəyyən ərazilərdə lay suları çıxır. Düzdü, onlarda radioaktiv çirklənmə qabiliyyəti çox azdı. Amma gəlin lay sularının ümumi miqdarına baxaq. Görərik ki,  bu da diqqət mərkəzində saxlanılmalı bir problemdi. Radio elementlər nə qədərdi, bunlar necə miqrasiya olunur necə çöküntü əmələ gətirir , və s. bu istiqamətdə də araşdırmalar aparılır.

Ən mühüm problem qaz halında çıxan radioaktiv maddələrdi. Bunlardan biri də rodon qazıdı. Rodon qazının yaşama müddəti az olsa da neft və qaz çıxarılmasının  fasiləsiz olduğu bir zamanda rodonu da aktual bir problem kimi göstərmək olar. Bundan başqa bizdə dağ-mədən sənayesi də geniş tətbiq olunur. Bu zaman ayrılan polimemetal tullantıların tərkibində də radioaktiv maddələr ola bilər. Bunu da qiymətləndirmək lazımdı. 

- Bəs bu təhlükələr Azərbaycanın flora və faunasına necə təsir göstərir?

- Bunların həllik elə də böyük təsirləri yoxdu. Beynəlxalq klaftikasiyaya  baxarkən çox aşağı faizləri görə bilərik.  Bizdə radiasiya fonu hətta beynəlxalq klaftikasiyaya daxil olan həddən də aşağıdı. Amma biz də radiobiologiya sahəsində apardığımız araşdırmalar aparıb  təsirləri görmüşük.  İlkin təsir hələ ki, çox aşağıdı. Hansısa təşvişə düşməyə hələlik səbəb yoxdu.

- Amma Bakıda sərçələrin azalmasını radiasiya problemləri ilə bağlayırlar...

– Xeyr, sərçələrin, ya da ki hansısa quşların radiasiya səbəbindən azalması o qədər də inandırıcı deyil. Hələ ki,  bizdə radioekoloji hədd çox aşağıdı. Abşeronda ümumi radiasiya fonu təqribən 0.005-008 mikrorengen –saniyədi. Bu da çox kiçik göstəricidi. Biz o məsələni ümumən Abşeron zonasında ekoloji çirklənmələrin təsiri baxımndan işləmişik. Uzağı 10-20 faiz  dəyişiklik ola bilər. Abşerondan da çox dağ yerlərində Qusar, Yardımlı və Lerikdə radiasiya  daha çoxdu.

- İçməli su hövzələrində radiasiyanın  problemindən nə deyə bilərsiz?

- Bu demək olar ki,  Azərbaycanın ən ağrılı problemlərindən biridi. Biz 2001-ci ildən etibarən MAGATE və bir sıra beynəlxalq qurumlarla layihələr keçirik. Qurunt suları  vasitəsilə bəzi metalların daşınması və radioaktiv təsirlərə məruz qalması istiqamətində işlər apardıq. Aşkar olundu ki,  Azərbaycan suları xüsusən transsərhəddə Ermənistan tərəfdən axan sularda arsen, mis və digər radioktiv metallarla çirklənib. Həmin çaylar vasitəsilə də Xəzər dənizinə tökülür. Bu da öz növbəsi də çox böyük problemdir. Belə ki bu maddələr çox asanlıqla suyun dibinə çökür və daşına bilir. Bu isə gələcəkdə həmin sularda olan canlı orqanizmlərin inkişafına mənfi təsir edir.  Biz də öz növbəmizdə Xəzər dənizində  Astaradan başlayaraq Yalamaya qədər ekspedisiya keçirmişik. Bəzi yerlərdə artıq dib çuxurlər təmizlənib. Amma hələlik ki,  bu sularda radioativlik o qədər də yüksək deyil.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı