Modern.az

Rayonlara leysan yağdı, dolu düşdü - Siyahı

Rayonlara leysan yağdı, dolu düşdü - Siyahı

Aktual

Bu gün, 16:40

Mayın 21-i saat 16:30-a olan faktiki hava açıqlanıb.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Mayın 21-i saat 16:30-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yardımlı, Qusar, Balakən, Qax (Sarıbaş), Tovuz, Sabirabad, Salyan, Göygöl, Gəncə, Neftçala, Bərdə, Xızı, Şəmkir, Astara, Tərtər, Mingəçevir, Şəki, Şahdağ, Xınalıq, Tovuz arabir şimşək çaxır, yağış yağır.

Saat 11:41-11:46 radələrində Gədəbəy rayonuna diametri 11 mm olan, saat 15:37-15:39 radələrində Şəki şəhərinə diametri 10-12 mm, saat 16:04-16:10 radələrində isə Qax rayonunun Qaxbaş kəndinə diametri 8-10 mm olan dolu düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı