Modern.az

MTN-nin həbs etdiyi Etibar Əliyev “Bank Technique”yə rəhbər qaytarıldı

MTN-nin həbs etdiyi Etibar Əliyev “Bank Technique”yə rəhbər qaytarıldı

Güncel

27 Oktyabr 2015, 13:35



Azərbaycanın tanınmış və peşəkar bankçısı Etibar Əliyev əvvəllər rəhbəri olduğu “Bank Technique”yə yenidən rəhbər gətirilib. O, bu gündən, oktyabrın 27-dən etibarən işə başlayacaq. 

Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, E.Əliyev bu gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedib. 

Modern.az saytına verilən məlumata görə, E.Əliyev banka əvvəlki komandasını qaytarır. 

Xatırladaq ki, E.Əliyev bir müddət əvvələ qədər “Texnikabank” adlanan bankın Müşahidə Şurasına rəhbərlik edib. O, 2012-ci ilin mart ayında vəzifəsindən çıxarılmışdı.

E.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdu. Onunla birgə bankın digər bir neçə vəzifəli şəxsi də tutulmuşdu.
Bir müddət həbsdə saxlanılan E.Əliyev bu yaxınlarda azadlığa buraxılmışdı.

“Texnikabank” Etibar Əliyevdən alınandan sonra adı dəyişdirilərək, “Bank Technique” edilib. Bu bank Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Qısa müddətdən sonra “Bank Technique” çökdürüldü. Hazırda bank müflis vəziyyətdədir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı