Modern.az

Ukraynaya 250 milyon avroluq yardım ayrıldı

Ukraynaya 250 milyon avroluq yardım ayrıldı

Dünya

8 Mart 2022, 18:37

Ukrayna Prezidenti Volodimir Zelenski və Lüksemburqun Baş naziri Ksavyer Bettel arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.

 

Tərəflərin humanitar məsələləri müzakirə etdiyi bildirilir.

 

O qeyd edib ki, Lüksemburq Ukraynaya 250 milyon avro dəyərində maliyyə yardımı ayırıb.

 

"Biz Ukraynanın Avropa İttifaqına üzvlük yolunda növbəti addımlarını da müzakirə etdik”, - deyə Zelenski vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı