Modern.az

Azərbaycanlı mütəxəssis Rusiyada nazir müavini təyin olundu

Azərbaycanlı mütəxəssis Rusiyada nazir müavini təyin olundu

Ölkə

7 Avqust 2014, 13:43

Modern.az saytı xəbər verir ki, əslən azərbaycanlı Rəşid İsmayılov Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini təyin edilib. Bu barədə avqustun 7-də Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyindən məlumat verilib.

R.İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda, Lökbatanda doğulub. Atası Rüstəm İsmayılov Azərbaycan Neft və Kimya İnstitutunun müəllimi  olub. 1982-ci ildə Moskvadakı keçmiş SSRİ Xarici İşlər Nazirliyinin internat məktəbini bitirib. Ali təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində alıb. Tarix fakültəsinin məzunu olduqdan sonra 2007-ci ildə Texniki Universitetdə “İqtisadiyyat və müəssisənin idarə olunması” ixtisasına yiyələnib.

1988-1991-ci illər aralığında Moskva Kimyəvi Maşınqayırma İnstitutunda dərs deyib. Sonrakı dövrdə informasiya texnologiyaları (İT) üzrə müxtəlif müəssisələrdə çeşidli vəzifələr tutub. “Ericcson Rusiya”, “Nokia Siemens Netvork Rusiya” şirkətlərində bir sıra bölmələrə rəhbərlik edib.

Rabitə nazirinin müavini təyinatına qədər R.İsmayılov “Huawei Technologies” şirkətində vitse-prezident kürsüsünü tutub.

Yeni nazir müavini ingilis, italyan, portuqal, türk, ispan, alman və fransız dillərində sərbəst danışır.Evlidir, 4 övladı var.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı