Modern.az

Ali məktəblərə daxil olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Ali məktəblərə daxil olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Təhsil

18 Avqust 2010, 11:42

Ali məktəblərə daxil olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəyan edib ki, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar avqustun 18-dək, ali məktəblərin vakant yerlərinə qəbul olanlar avqustun 13-dən 20-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olanlar avqustun 11-dən 20-dək, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 16-dan 31-dək qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı