19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
Vüqar Səfərli hesabat verdi, KVDF-nin ekspertləri seçildi
 25.01.2012, 19:51

Yanvarın 25-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.  

Modern.az-ın məlumatına görə, iclasda Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2011-ci ildəki maliyyə hesabatının müzakirəsi və qiymətləndirilməsi;
2. 2012-ci il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;
3. Ekspertlərin müəyyənləşdirilməsi və təsdiqi;  
4. Cari məsələlər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun 2011-ci ildəki fəaliyyətinin yekunları barədə geniş məlumat verib. 2011-ci ildə Fonda dövlət büdcəsindən 2 milyon 406 min 984 manat maliyyə vəsaitinin ayrıldığını xatırladan Vüqar Səfərli qəzet layihələrinin və fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin maliyyələşdirilməsi prosesinin lazımi səviyyədə həyata keçirildiyini deyib. İcraçı direktor Fond tərəfindən 2011-ci ilin birinci yarısında 23 qəzetə 596 min manat, ikinci yarımilində isə 29 qəzetə 681 min manat vəsaitin ayrıl­­dığını bildirib. Vüqar Səfərli il ərzində “Azərbaycan teleməkanında ədəbi dilin qorunması” layihəsinin maliyyələşdirilməsinə 30 min manat vəsaitin ayrıl­dığını qeyd edib.

Ümumilikdə, ötən il KİV layihələrinin maliyyələşdirilməsinə Fondun büdcəsindən 1 milyon 306 min 333 manat vəsait ayrılıb. Eyni zamanda, yalnız Fondun maliyyə vəsaiti hesabına Novruz bay­ramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin 70 nəfər qalibinə 70 min manat pul mükafatı  və xüsusi diplomlar veril­ib.
Fondun Ekologiya və Təbii Sərvətlər Na­zirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 30, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 31, Nərimanov Rayon İcra Hakimiyyəti ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 11 nəfər jurnalist qalib elan olunub. Ümumilikdə, Fondun tək və müvafiq dövlət qurumları ilə birlikdə keçirdiyi müsabiqələrdə 142 nəfər jurnalist mükafatlandırılıb.
Fondun icraçı direktoru hesabat ilində Fondun təşəbbüsü ilə həyata keçi­rilən və mətbuat-cəmiyyət münasibətlərinin sivil məcrada inkişafına xid­mət edən çoxsaylı tədbirlər barədə də məlumat verib. Bildirib ki, Fondun təşəbbüsü ilə aparıcı media qurumlarının rəhbərləri Bakı Dövlət Universitetinin jurnalistika və Bakı Slavyan Universitetinin filologiya fakültələrində tələbələrlə görüşüblər. Yüksək fəallıq şəraitində keçən həmin görüşdə gənc tələbələr onları maraqlandıran məsələlərlə bağlı qəzet redaktorlarına müraciət ediblərlər.

Fond 2011-ci il ərzində ayrı-ayrılıqda Bakının Suraxanı, Səbail, Nizami, Nərimanov və Yasamal rayon icra hakimiyyətləri ilə «Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu», «Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi», «Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu» mövzularında konfrans­­lar keçiribr. Həmin rayonların rəhbər şəxslərinin, habelə ictimaiyyət nümayən­dələrinin və qəzet redaktorlarının iştirak etdiyi konfranslarda qarşılıqlı faydalı əmək­daşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.   

Sonra hesabat ətrafında müzakirələr aparılıb, Müşahidə Şurasının üzvləri Fondun ötən il ərzindəki fəaliyyəti ilə bağlı fikir və rəylərini bildiriblər. Müşahidə Şurasının üzvü Vüqar Rəhimzadə çıxışında 2011-ci ili Fondun fəaliyyətində məhsuldar və uğurlu mərhələ kimi dəyərləndirib. O, mətbuatın maliyyə problemlərinin həlli və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini də xüsusi vurğulayıb.

Müşahidə Şurasının digər üzvü Bəxtiyar Sadıqov çıxışında Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş sayaraq, xüsusən də ayrı-ayrı rayonların icra hakimiyyətləri ilə  təşkil olunan konfransların əhəmiyyətini diqqətə çəkib.
Müşahidə Şurasının üzvü Zöhrə Əliyeva deyib ki, Fond ötən 3 illik fəaliyyəti ilə cəmiyyətdə kifayət qədər tanınıb, son dərəcə lazımi qurum olduğunu sübuta yetiribr. O, Fondun həyata keçirdiyi layihələrin mətbuatın inkişafı baxımından  əhəmiyyətini qeyd edib.
Müşahidə Şurasının üzvü Rəşad Məcid Fondun bu və digər tədbirlərlə yanaşı, ötən il ayrı-ayrı ali təhsil müəssisələrində tələbələrlə aparıcı qəzet rəhbərlərinin görüşlərini təşkil etməsini müsbət ənənə kimi dəyərləndirib. Bildirib ki, bu cür tədbirlər həm də istedadlı tələbələrin üzə çıxarılmasına, onların qəzetlərlə sıx əməkdaşlıq münasibətləri qurmasına xidmət edir.
Daha sonra Müşahidə Şurasının üzvləri səsvermə yolu ilə Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2012-ci ildə həyata keçiriləcək müsabiqə və tədbirlər barədə Müşa­hidə Şurası üzvlərinə məlumat verib. Bildirib ki, Fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artaraq 3 milyon 870 min 608 manata yüksəlməsi bu il üçün nəzərdə tutulmuş tədbirlər proqramının ardıcıl və səmərəli şəkildə reallaşdırılmasına yaxşı imkanlar açır. Vüqar Səfərli həmçinin deyib ki, Fond fəaliyyət istiqamətinə müvafiq olaraq, ilk növbədə, qəzet layihələrini maliyyələşdirəcək və jurnalistlər üçün fərdi jurnalist yazıları müsabiqələri təşkil edəcək. Bundan başqa, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə regionlarda və Bakı şəhərində müxtəlif layihələr həyata keçiriləcək.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə  2012-ci ilin «İdman ili» elan edilməsi ilə əlaqədar mətbuatın bu sahəyə diqqətinin artırılması üçün müxtəlif müsabiqə və tədbirlərin keçirilməsi də qərara alınıb. İl ərzində Fondun planlaşdırdığı mühüm layihələrdən biri də ölkə jurnalistlərinin beynəlxalq təcrübəni öyrənmələri üçün xarici ölkələrə səfərə göndərilməsi olacaq.

Fond ötən illərdə formalaşmış daha bir müsbət ənənəni davam etdirərək il ərzində ayrı-ayrı nazirliklər və icra qurumları ilə müxtəlif mövzularda fərdi jurnalist yazıları müsabiqələri təşkil etməyi planlaşdırır. Fondun icraçı direktoru Vüqar Səfərli bu il, həmçinin, ayrı-ayrı icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkişafına xidmət edən tədbirlərin keçiriləcəyini də nəzərə çatdırıb. İndiyə qədər Fondla səmərəli əlaqələr yaratmış nazirlik və komitələrə, digər icra hakimiyyəti strukturlarına minnət­darlığını ifadə edən Vüqar Səfərli deyib ki, bu əməkdaşlıq ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.
  
Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra Fondun 2012-ci il üçün Tədbirlər Proqramını yekdilliklə təsdiq ediblər. Nəhayət, iclasın gündəliyində duran üçüncü məsələ geniş müzakirə olunub,  Müşahidə Şurası üzvlərinin təklifi əsasında 2012-ci il üçün Fondun ekspertləri müəyyənləşdirilib.

İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Modern.az
   
 

 
Oxunub: 288
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
press
03-02-2012
ekspertler kimdi. onları da yazın bilək.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC