18 noyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - İbadət evləri: hansı rayonda necə məscid var? - VI YAZI
İbadət evləri: hansı rayonda necə məscid var? - VI YAZI
11.06.2012, 14:19

( Naxçıvan məscidləri I hissə) 

Naxçıvan şəhəri 

Modern.az ötən həftədən Azərbaycanda mövcud olan məscidlər haqqında silsilə yazılara start verib. Bu yazılarda məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan ibadətxanalar haqqında geniş məlumat təqdim edilir.

Azərbaycan məscidləri haqqında silsilənin bu bölməsi Naxçıvana həsr olunur. Əlbəttə, tarixi cəhətdən zəngin olan Naxçıvanın ibadət evləri də özü kimi qədimdir. Mənbələrdəki məlumatlara əsasən, 19-cu əsrə kimi təkcə Naxçıvan şəhəri və onun ətrafında 70-ə qədər məscid olub. Hazırda onların bir qismi tarixin arxivinə qovuşsa da, digər qismi qalmaqdadır. Bununla yanaşı Naxçıvan şəhərində yeni tikilmiş məscidlər də var.

Şəhərin qədim məscidlərindən biri “Came” məscididir. Memarlıq konstruktiv quruluşuna görə, o, XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfindəki əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə üzərində həkk edilmiş kitabədə deyilir ki, “bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hacı Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilib.” Kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunur. “Çay yuxarısında” deyərkən, vaxtilə şimal-şərqdən axaraq cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 1960-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu.

Kitabədə məscidin memarı “əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram”, – deyə təqdim edilib. Məlumdur ki, səkkizinci İmam Rza (ə.), doqquzuncu imam isə Məhəmməd Təqidir (ə.). Deməli, məscidin memarının adı Məhəmməd Təqi imiş. Kitabə vasitəsilə başqa mənbələrdən məlum olmayan iki görkəmli sənətkarın adı elmi dövriyyəyə daxil edilib. Onlardan biri məscidin memarı Məhəmməd Təqi, ikincisi isə kitabəni həkk edən Məhəmməd Salehdir. Məscidin ümumi sahəsi təqribən 1000 kvadrat metr olub və bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırımı tətbiq edərkən top atəşi ilə minarəni zədələyiblər. Sonralar minarə bərpa olunub. Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olub. 2007-ci ildə məsciddə əsaslı bərpa işləri aparılıb.

Naxçıvan Cümə Məscidi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır.

Mərənd və Urmiya məscidləri kimi, Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvarı gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olub. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental Cümə məscidi tipi işlənib hazırlanıb.

Tarixi mənbələrdən Atabəylər Memarlıq Kompleksinə mədrəsənin daxil olması bəllidir. Şübhəsiz ki, həmin mədrəsə Cümə məscidi ilə birbaşa bağlı olub. Qoşa minarəli baş tağın Atabəylər kompleksi tərkibindəki dini-xatirə tikililərinin (məscid, türbə, mədrəsə) toplandığı iri həyətin alaqapısı olması ehtimal edilir.

Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir.

Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi, zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yayıblar. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. 

Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun 17-18 əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. 17-18 əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Zaviyə məscidinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də, mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 m hündürlükdəki kürsülük üzərində yerləşdirilib. Ümumi sahəsi 212 kvadrat metr, divarlarının qalınlığı 0,9-1,5 arasında dəyişir. Əsas qalınlıq 90 sm-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilib. Çox güman ki, 19 əsrin axırlarında aparılan təmir işləri zamanı yeni tikintilər və formalar əlavə olunduğundan binanın memarlıq quruluşu xeyli dəyişdirilərək, əvvəlki zamanların tikintisində istifadə olunan çatma tağlar və sferik günbəzlər əvəzinə, 19 əsrin mürəkkəb xətli tağları və düz dam örtüyü ilə əvəz edilib. Ona görə də binanın tikilmə tarixinin dəqiqləşdirilməsi çətindir. Binanın indiki interyer quruluşu böyük ibadət salonundan, ona bitişik vestibüldən, ikimərtəbəli üç yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. 20 əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə olunub. 2007-ci ilədək Naxçıvan MR Qadınlar Məclisi burada yerləşib. 2008-ci ildə əsaslı təmir və bərpa olunub.

“Şahab” məhəllə məscidi

“Şahab” sözünün mənşəyi leysan yağmuru ilə əlaqələndirilir. XVIII əsrdə İslam dini bərqərar olduqdan sonra güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin – meteoritin (“Süddü nənə” adlanıb) tapılması nəticəsində yaranıb. Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam yandırmaq üçün qoyulan köşk qalıb. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz metr şimal-şərqindədir.

Məhəllənin yaşlı adamlarının dediklərindən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi iki hektardan artıq olub, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları qalıb. Sonrakı illərdə (1930-cu ildə) məscid binası söküldüyündən ətraf sahələrdə yaşayış evləri tikilib. Şahab məhəllə məscidinin şərq və qərb tərəfə açılan taxta qapıları olub. Bina dörd künc formada uzunluğu 30, eni isə 20 metrdir. Divarları içəridən gəclə suvanmış, eşikdən isə bişmiş kərpiclə üzləmə aparılıb. Məsciddə eyni vaxtda 80 nəfər ibadət edə bilərdi. Digər məhəllə məscidləri kimi bunun da tək minarəsi olub. Binanın hündürlüyü 6 metrdir. Məscidin mehrabla minbəri cənuba baxan divarda tikilmiş otağın (zalın) ortasından qara rəngli pərdə-arakəsmə asılıb.

Şahab məhəllə məscidi şəhərdə Kələntərli məscidi kimi tanınıb. Səbəbi bu idi ki, qonşuluqda yaşayan Məmmədkərim Kələntərli adlı xeyriyyəçi tərəfindən məscidə maddi himayədarlıq göstərilirdi.

Ötən əsrin 30-cu illərində həmin məscidin axundu Mirzə Cabbar ağa (ona “Məşhədi Cabbar” deyərdilər) olub. Həmin illərdə Naxçıvan qarnizonunun sərhəd əsgərləri məscid binasını at tövləsi edib, sonradan isə sökərək kərpiclərini, qapı və pəncərələrini aparıblar. Bütün bunları görən məhəllə sakinlərini başına toplayan Məmmədkərim kişi hökumət işlərinə qarışıb və “NKVD” tərəfindən həbs olunub Sibirə sürgün edilib. Daha sonra Məmmədkərim Kələntərlinin mülkünü müsadirə etməklə evinin əşyaları talan olunub. Həmin mülk Naxçıvan Səhiyyə Komissarlığının öhdəsinə verilib, burada uzun illər dəri-zöhrəvi dispanseri ilə epidemioloji stansiyası fəaliyyət göstərib.

Son illərdə Naxçıvan şəhərindəki Şəhid İ. Məmmədov küçəsində abadlıq işləri nəticədə Naxçıvan xanının varislərindən olmuş Məmmədkərim Kələntərlinin (Kəngərlinin) iki mərtəbəli mülki ilə bərabər məhəllə məscidinin xarabalıqları da sökülür.

Əlixan məhəllə məscidi

Naxçıvan şəhərindəki Əlixan məhəlləsində əvvəllər fəaliyyət göstərmiş məscid binasından yalnız cənub tərəfdəki xaraba divarı qalır. Maraqlıdır ki, ”salamat qalan” divarda 3x1,5 metr ölçüsündə iki mehrab yeri var. Əvvəllər binanın uzunluğu 25, eni 15, divarlarının eni isə 1 metr ölçüsündə çiy kərpicdən tikilib. Şimal tərəfdəki divarda ikitağlı taxta qapı, şərq divarda iki pəncərə ilə birtağlı qapı, qərb tərəfdəki divarda isə dörd pəncərələri olub. Hündürlüyü 6,5 metr olan binanın üstü qarağac tirlərlə örtülərək, divarlar saman-gillə suvanıb. Məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilərdi. Binanın (otağın) içərisindən qara pərdə arakəsmə asılıb.

“Məscidin həyətində” Bazar çayı axmaqla çeşmə (kəhriz) quyusu olub. Binanın minarəsi olmadığından müəzzin taxta nərdivanla dama qalxıb əzan verərdi. İkinci Dünya savaşı ərəfəsində və 50-ci illərədək məsciddə məhəllənin dindarları namaz qılıb, mərasimlər (təziyələr) keçirərdilər. Məscidin axundu Hacı (Molla) Talıb olub.

Məhəllənin yaşlı nümayəndəsi mərhum Kamil Mirzəyev (1917-2003) dediklərinə görə, həmin məscid binasını məhəllənin xeyirxah insanı Əlixan Kəngərli tərəfindən tikdirib. Mərhum Kərbəlayı Əlixan Kəngərlinin (1888-1935) iki mərtəbəli iqamətgahı indiki H. Cavid məqbərəsi ilə üz-üzə olub. Otuzuncu illərdə Kərbəlayı Əlixan tutulub, 1918-20-ci illərdə erməni Andranikə qarşı şəhər (məhəllə) könüllülərini silahlandırdığı üçün güllələnib. Mərhumu Hacı Məhəmmədtağı Sidqinin (1854-1903) Naxçıvan qəbiristanlığındakı məzarı yaxınlığında dəfn ediblər. 1950-ci ildə ərazidəki “Nuhun qəbri” tarixi abidəsini buldozerlə sökəndə Kəngərli soyundan olan məzar yerləri də uçurulub.

1918-21-ci illərdə erməni quldurbaşı Andranik Ozanyan silahlı dəstəsi ilə şəhəri mühasirədə saxlayanda təslim olmaq üçün ultimatum yazıb göndərir. Əlixan məhəllə məscidi həmin illərdə naxçıvanlı vətənpərvərlərin düşmənə qarşı hərbi qərargahına çevrilir. Andranikin göndərdiyi ultimatum kağızının arxasında Əlixan Kəngərlinin tövsiyəsi ilə Şirəli bəyin (qohumunun) oğlu Bəhruz Kəngərli tayqulaq ulaq şəkli çəkərək altında ermənicə Andranikin adını yazıb geri göndərib.

1970-ci ildə məhəllə ərazisində söküntü işləri aparılarkən Əlixan məhəllə məscidi uçurulur və yerində güləş idman məktəbi binası tikilir. Hazırda binada Naxçıvan MR Gənclər və İdman Nazirliyinin inzibati idarəsi yerləşir.

Kazım Qarabəkir Paşa məscidi XVI əsr türk memarı S. Osmanın tikdirdiyi üslubunda Türkiyənin Dəyanət İşləri Başkanlığının sifarişi ilə inşa edilib. 1995-ci ilin 20 sentyabr tarixində tikintisinə başlanan binanın xərcləri belçikalı türklərin vəsaiti ilə ödənib. Məscidin memarı Çingiz Seçkin, layihə mühəndisi isə Həmid Turac olublar. Qoşa minarəli məscid binası üç mərtəbəli qurularaq, özülü, divarları, günbəzlə minarələri dəmir betondan tökülüb. Divarlara xaricdən Qaradağ mişar daşından üzlük piltələri hörülüb.

Məscid binasının sahəsi 550, həyəti ilə birlikdə 13 min kvadrat metrdir. Minarələrin hündürlüyü 38, əsas günbəz 19, yanlarındakı günbəzlər isə 4 metr ucalığındadır. Binanın birinci mərtəbəsində böyük dəhlizlə yardımçı otaqlar, ikinci mərtəbəsində isə kişilərin ibadət salonu, cənub divarda da mehrab vardır. Mehrabın ətrafında mərmər üzərində ərəbcə Quranın “Bəqərə” surəsindən “Ayətəl-kürsü” həkk edilib.

İbadətgahın üçüncü mərtəbəsinə minarələrdən pillələrlə yol gedərək yan divarlardakı eyvanı xatırladan qadınların ibadəti üçündür.

Məscidin giriş qapısı üstündə divarda ərəb və türkcə aşağıdakı sözlər yazılıb: “Kazım Karabekir Paşa Camii” Naxçıvan halkına kardeşlik hediyyesi olarak Belçikada yaşayan türklerin katkılarıyla türkiye diyanet vakfı tarafından Çintaş A.S-yaptırılmışdır. 1997”.

Həzrəti Zəhra məscidinin təməlini 1992-ci ilin “Qurban bayramı” günündə, Sarbanlar məhəlləsindəki mərhum Miriş Ağanın həyətində, İranın urmiyalı inşaatçıları qoyublar. XVIII əsrin axırlarında müqəddəs Əshabi-Kəhf mağarasını ziyarətə gəlmiş iraqlı zəvvarlar arasında Miriş Ağa adlı mömin şəxs (onun ismi Əl Miriş İbn Əbdullah olub) Naxçıvan şəhərində ailə qurub yaşayır. 1898-ci ildə Miriş Ağanın ailəsində Cəfər adlı bir uşaq anadan yetim doğulur. Körpənin qayğısı ilə əvvəlcə xalası, sonradan dayısı məşğul olaraq onu şəhərdəki ruhani mədrəsəsində tərbiyələndirirlər. Cəfər 5 yaşına çatanda atası da dünyadan köçməklə valideynlərindən yetim qalır. Quranı avazla oxuyan Cəfəri dayısı şəhərdəki rus-tatar məktəbinə qoyur və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddi sinifli məktəbdə oxudur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinə qəbul etdirir.

1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən, Cəfəri 20 yaşında gənc ikən dövlət işinə gətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olur.

Cəfər ağa Mirişli pedaqoji və dövlət məmurluğunu işləməklə Cümə günlərində də məsciddə xütbə oxuyaraq oradakı tələbə yataqxanasında rayon və kəndlərdən gəlmiş tələbələrə tərbiyəçilik edir.

Böyük insan, mömin pedaqoq, dövlət xadimi olmuş Mir Cəfər Mirişli 1979-cu ildə 81 yaşında dünyadan köçür. 29 noyabr 1962-ci il tarixində Mir Cəfər müəllimin ata evinin söküntüsünə başlayırlar. Burada bir neçə möcüzəvi hal baş verir. Söküntü aparan buldozerin sürücüsü maşınında keçindiyindən işlər yarımçıq qalır.

1977-ci ilin əvvəllərində həmin yerdə yenidən tikinti işlərinə başlanır. Ekskavatorun çalovu böyük qaya parçasına ilişməklə polad məftilləri qırır. Hadisədən sonra işlər yenə də yarımçıq qalır və on il keçəndən sonra burada “Səadət sarayı” binasını tikmək istəyirlər. İşin təməlini qoyarkən yeraltı təkan olur və bir neçə fəhlə ruhi sarsıntı keçirməklə şikəst qalırlar.

1992-ci ilin Qurban bayramı günündə yarımçıq qalmış tikinti meydançasında – mərhum Miriş Ağanın ocağında o zaman Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyevin iştirakı ilə məscid binasının özülü qoyulur.

Ümumi sahəsi 1400 kvadrat metr olan məscid binası iki mərtəbəli və qoşa minarəli tikilmişdir. Minarələrin hündürlüyü 31 metr bişmiş kərpiclə hörülərək üstü minalı kaşılarla üzlənib.

Məscidin üzü şimal səmtinə olmaqla birinci mərtəbədə yardımçı otaqlar, ikinci mərtəbədə isə kişi və qadınların ibadət salonu tikilib. Portal darvazasında yuxarıdan ərəb və azəricə “Həzrəti Zəhra məscidi” sözləri yazılıb. Binanın günbəzi ilə yan divarlarında Qurandan ayələr yazılaraq bəzədilib. Günbəzdə ərəbcə “Allahu Əkbər” sözləri həkk olunub.

İmamzadə kompleksi – XVI-XVII əsrlərdə formalaşıb. Silindrik gövdənin səthi naxçıvanlı memar Əhməd ibn Əyyub əl-Nafiz Naxçıvaninin tətbiq etdiyi üsulla üfüqi qırmızı bişmiş və şaquli bənövşəyi rəngli kaşılı kərpiclərlə düzülmüş kitabə ilə örtülüb. Kompleks 1997-ci ildə əsaslı təmir edilib. İmamzadə türbəsi – Naxçıvan şəhərinin cənub-şərq hissəsində İmamzadə kompleksinə daxil olan memarlıq abidəsidir. Səkkiz bucaqlı “soğanvarı” günbəzlə örtülmüş türbə-sərdabə bu sahənin keçmişdə əhəmiyyətli məqbərələr yerləşən ərazi olduğunu ehtimal etməyə əsas verir. Naxçıvan buzxanası – Azərbaycan Respublikasında ən böyük buzxanalardan biri, Naxçıvan şəhərində İmamzadə kompleksinin yaxınlığındadır. Düzbucaqlı formada olan buzxananın uzunluğu 20 metr, eni 9 metr, indiki halda 9,6 metrdir. Kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Abidənin XII-XIII əsrdə tikildiyi güman edilir.

Pirqəmiş məhəllə məscidi

Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir. Belə deyirlər ki, Naxçıvanda İslam dinindən öncə İraq-əcəmi vilayətlərindən bir nəfər qələndər (tərki-dünya) gələrək, indiki məscid yerində özünə daxma tikib və tənha ömür sürüb. Qələndər öldükdən sonra adamlar mərhumun cənazəsini adət üzrə daxmasında böyük saxsı küpədə dəfn edirlər. 

Baxımsız qalan daxma uçub-tökülür, yeraltı sular ətrafda sıx qəmişlik bitirir. Atəşpərəst əhali, bayram günlərində bivaris qələndərin (daxması) “məzarı” yanında tonqal qalayaraq oranı ziyarətgaha çevirir.

Zaman keçir, qələndərin adı unudulur, yalnız xalqın yaddaşında ziyarət yeri kimi “pirqəmiş” olaraq qalır.

Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilib ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 50-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qururlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunur. Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülür.

60-cı illərdə şəhərdəki məhəllə məscidləri bağlandıqlarından, Piqəmiş məscidində gecələr (Məhərrəm ayı ərəfəsində) bir nəfərin ibadət etməsinin şahidi olublar. Həmin “möcüzəvi” əhvalatdan sonra yerli rəhbərlərin göstərişi ilə şəhərdəki məhəllə məscidləri uçurdulur. Həmin illərdə yerli mətbuat səhifələrində “ateist tribunası” başlıqlı qərəzli məqalə və felyetonlar dərc olunurdu.

Xaraba məscid yerində ictimai bina tikmək istəyirlər. Torpaq qazılan yerdən içərisində insan sümükləri olan saxsı küp tapılır. Torpaq altında o 21 cümlədən küfi xətti ilə ərəbcə yazılmış saxsı bardaq içərisində sikkələr də üzə çıxır ki, həmin ianəni qoyanlar məscidin təmiri üçün saxlayıbmışlar. Tikintidə qəribə işlər meydana çıxır. İşləyən ekskavatorun yanacaq çəni öz-özünə çatlayaraq yanacaq yerə tökülür, ertəsi günü çən dəyişdirildikdən sonra işləyən saz mühərrikin çarxları sınır və təmir olunan mühərriklər işə başlayarkən polad məftillər qırılaraq yerə tökülür. Ekskavator sürücüsü qorxudan ruhi xəstəliyə tutularaq xəstəxanada keçinir. Qazılmış məscidin yeri xəndək şəklində uzun illər baxımsız qalır. 1975-ci il (on ildən sonra) orada hamam binası tikilərək istifadəyə veriləndə tərs hörüldüyü aşkar olur. 1992-ci ildə yanacaq qıtlığından hamam fəaliyyətini həmişəlik dayandırır, baxımsızlıqdan binanın avadanlıqları sökülərək aparılır.

1996-cı ilin Qurban bayramı günündə məhəllə camaatının təklifi ilə xeyriyyəçi A.Kazımovun vəsaiti ilə sökülmüş hamam binası yerində məhəllə məscidi inşa olunur. 1998-ci il aprelin 26-da (Məhərrəm ayının əvvəlində) Naxçıvandakı Pirqəmiş məhəllə məscidi yeni görkəmi ilə qapılarını möminlərin üzünə açır.

Pirqəmiş məhəllə məscidi öz görkəminə görə şəhərdəki digər məscidlərdən seçilir. Məscid binasının ümumi sahəsi 400, həyətyanı hissəsi isə 1500 kvadrat metr ölçüsündədir. İkimərtəbəli məsciddə eyni vaxtda 500 nəfər ibadət edə bilər. Məscidin uca minarəsi ilə günbəzi də vardır. Binanın divarları bişmiş kərpiclə üzlənərək Quran ayələri yazılıb.

Səkkiz metr ucalığındakı minarənin yuxarısında ərəbcə “Allahu Əkbər” sözləri ilə “1998-ci il” tarixi qeyd olunub.

Orxan Əli
Ardı var...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Taleh
11.06.2012, 16:40

Nece vaxtdir sebirsilikle gozleyirdim ardini izleyecem

capay
11.06.2012, 20:33

Orxan Əli qardaş Allah səndən razı olsun maşşallah gözəl çalışma olub .İnşallah davamlı olsun Azərbaycanda 1802 məscid var. Bu da təxminən hər 5 min nəfərə bir məscid deməkdir.Türkiyədə 80 min məscid var. Türkiyədə hər min nəfərə bir məscid düşür.Məscidlərin sayı isə bizdən 40 dəfə çoxdur

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV