Ukraynanın Kiyev vilayətində hücum nəticəsində dağılan yaşayış binasının qalıqları altından gecə ərzində 11 nəfərin meyiti çıxarılıb.
Modern.az xəbər verir ki, xilasedicilər bütün gecə hadisə yerində axtarış aparıblar. Hava həyəcanı elan ediləndə onların təhlükəsizliyi üçün işlər müvəqqəti dayandırılıb.
“Həlak olanların yaxınları bütün bu müddət ərzində onları gözləyib, son ana qədər möcüzəyə ümid ediblər”, – məlumatda qeyd olunub.