Modern.az

Ermənistanla danışıqlarda 1918-ci ilin sərhədləri əsas götürülməlidir - eks nazir 

Ermənistanla danışıqlarda 1918-ci ilin sərhədləri əsas götürülməlidir - eks nazir 

Aktual

Bu gün, 08:27

“Ermənistan parlamentində baş verən siyasi şou heç bir nəticə verməyəcək. Referendum keçirilməyəcək. Əgər keçirilsə belə, bu, yalnız Ermənistan cəmiyyətinin revanş istədiyini nümayiş etdirmək məqsədi daşıyacaq”.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Eks nazir Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi məsələsində tarixi və hüquqi məqamlara diqqət çəkib:

“Xatırlatmaq lazımdır ki, 1991-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 2-ci maddəsində açıq şəkildə göstərilir ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının hüquqi varisidir.

Bu isə o deməkdir ki, Zəngəzur, Göyçə gölünün şərq sahili və ona bitişik ərazilər Azərbaycana məxsusdur. Həmin ərazilər bolşevik Rusiyasının işğalçı hakimiyyəti tərəfindən qanunsuz olaraq qondarma Ermənistan SSR-ə verilib.

Ermənistan faktiki olaraq Alma-Ata Bəyannaməsinin prinsiplərini tanımırsa, deməli, danışıqların əsasını Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat Respublikası arasındakı sərhədlər təşkil etməlidir”.

“Ermənistan Respublikası 1918-ci il mayın 28-də Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra elan edilib və 1920-ci ilin sonlarında sovetləşdirilməsinə qədər mövcud olub.

1918-ci il Batum müqaviləsinə əsasən, respublikanın ərazisi cəmi 11–12 min kvadratkilometr təşkil edirdi. Buraya İrəvan, Üçmüədzin, Yeni Bəyazid qəzaları və Aleksandropol qəzasının bir hissəsi daxil idi.

Paytaxt İrəvan şəhəri isə 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ermənistana güzəştə gedilib” - deyə o bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə